Azərbaycanda 14 yaşlı yeniyetmə axtarılır
Yeniliklərdən dərhal xəbərdar olun
23 yanvar 2021-ci il tarixdə saat 17:00 radələrində Lənkəran şəhərinin Zövlə kəndi ərazisində naməlum şəraitdə itkin düşmüş 2007-ci il təvəllüdlü Cəfərov Burxan Nəriman oğlunun axtarışlarının aparılması üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə müraciət daxil olub.
FHN-dən BAKU.WS-ə verilən məlumata görə, müraciətlə əlaqədar nazirliyin müvafiq strukturları və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri axtarışlara cəlb olunub.
Hazırda axtarışlar B.Cəfərovun itkin düşdüyü ehtimal olunan ərazidən keçən Ulumçay çayının sahil zolağında, çayətrafı və ora yaxın ərazilərdə aparılır.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Bakıda su hovuzuna düşən 2 azyaşlının meyiti tapılıb - YENİLƏNİB
Bakıda təsərrüfat sahəsindəki su hovuzuna düşən 2 azyaşlının meyiti tapılıb. BAKU.WS Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, "112" qaynar t...