Azərbaycana qızıl-zinət əşyalarının sanitar qovşaqda gizlədilərək keçirilməsinin qarşısı alınıb - FOTO

Azərbaycana qızıl-zinət əşyalarının sanitar qovşaqda gizlədilərək keçirilməsinin qarşısı alınıb - FOTO
Foto
Hadisə 2

Azərbaycanda külli miqdarda qızıl-zinət əşyalarının sanitar qovşaqda gizlədilərək ölkəyə keçirilməsinə cəhd göstərilib.

BAKU.WS bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, Komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda qızıl-zinət əşyalarının gömrük sərhədindən qanunsuz keçirilməsi cəhdinin qarşısını alıb.

Belə ki, İstanbul-Bakı aviareysi ilə gələn iki Azərbaycan vətəndaşı 31 ədəd bağlamada qızıl-zinət əşyalarını pasport yoxlanış keçid məntəqəsinin qarşısında olan sanitar qovşaqda təmizlik işlərini aparan şəxsə verib, sonuncu da qeyd olunan qızıl-zinət əşyalarını zibil və salfetka qablarında gizlədib. Qeyd olunan zibil və salfetka qablarına keçirilən baxış zamanı 31 ədəd bağlamada, ümumi çəkisi 8 kiloqram 400 qram olan qızıl-zinət əşyaları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər