Azərbaycan xilasedicisi: "Qrupumuz gün ərzində Kahramanmaraşda biri uşaq olmaqla 5 nəfərin meyitini çıxarıb"

Azərbaycan xilasedicisi: Qrupumuz gün ərzində Kahramanmaraşda biri uşaq olmaqla 5 nəfərin meyitini çıxarıb
Hadisə 158

"Bu gün bizim qrup Kahramanmaraş şəhərinin Harunlar məhəlləsindəki binaların dağıntıları altından biri uşaq olmaqla 5 nəfərin meyitini çıxarıb".

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Fövqəladə Hallar Nazirliyinin "N" saylı hərbi hissənin komandiri Zəfər Mustafayev deyib.

O bildirib ki, hazırda Azərbaycan xilasediciləri Kahramanmaraşda dayanmadan axtarış-xilasetmə işləri aparır:

"Prezident İlham Əliyevin taprışığına əsasən Türkiyədə baş vermiş zəlzələ nəticəsində yaranmış dağıntıları aradan qaldırılması istiqamətində gecə-gündür var gücümüzlə çalışırıq. Təbii ki, biz burada zamanla yarışırıq. Çalışırıq ki, dağıntılar alatında qalmış insaları sağ-salamat aşkarlayaraq və çıxaraq. Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdiririk".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Kahramanmaraşda ən riskli yerlərə daxil olan Azərbaycanın xilasediciləri - VİDEO

Kahramanmaraşda ən riskli yerlərə daxil olan Azərbaycanın xilasediciləri - VİDEO

Türkiyədə baş vermiş zəlzələdən iki gün ötür. "Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, təbii fəlakətlə bağlı qardaş ölkəyə gedən Azərbaycanı...

399 Hadisə 22:08 07 fevral 2023

Son xəbərlər