Azərbaycan-Rusiya sərhədində mindən çox yük maşını növbə gözləyir

Azərbaycan-Rusiya sərhədində mindən çox yük maşını növbə gözləyir
Hadisə 203

Azərbaycan-Rusiya sərhədindəki Samur gömrük-keçid məntəqəsində yük avtomobillərinin növbəsi yaranıb.

BAKU.WS xəbər verir ki, hazırda ərazidə 1000-dən çox yük maşını qonşu ölkəyə keçmək üçün gözləyir.

Samur gömrük-keçid məntəqəsindən APA-nın yerli bürosuna bildirilib ki, yaranan növbələr Azərbaycan tərəfi ilə bağlı deyil.

Qeyd olunub ki, gün ərzində 200-220 maşın Rusiyaya keçir. Əgər qarşı tərəf bu sayı artırsa Azərbaycan tərəfi də bu sayı artıra bilər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər