Azərbaycan Ordusunun şəhid hərbçisi dəfn olunub - YENİLƏNİB - FOTO

Azərbaycan Ordusunun şəhid hərbçisi dəfn olunub - YENİLƏNİB - FOTO
Foto
Hadisə 211

Oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Əfqan Həmzəyev dəfn olunub.

BAKU.WS xəbər verir ki, onun cənazəsi Goranboy rayon Borsunlu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, hərbçilər və sakinlər iştirak ediblər.

***11:58

Ötən gün erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu son mənzilə yola salınır.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, şəhidimiz doğulduğu Goranboy rayonunun Borsunlu kəndində dəfn olunur.

Dəfn mərasimində hərbiçimizin yaxınları, döyüş yoldaşları, rəsmilər iştirak edir.

2002-ci il təvəllüdlü Əfqan evin tək oğlu olub və bir il idi ki, hərbi xidmətdə imiş.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər