Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub - RƏSMİ

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub - RƏSMİ
Hadisə 4

İyulun 14-ü saat 10:55 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan başqa saat 13:39-dan 13:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Ermənilər mövqelərimizi atəşə tutublar

Ermənilər mövqelərimizi atəşə tutublar

İyulun 10-u saat 17:10-dan saat 20:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Qafan rayonunun Gığı yaşayış məntəqələri istiqamət...

4 Hadisə 09:51 11 iyul 2023

Son xəbərlər