Azərbaycan klubunda bədbəxt hadisə baş verib
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə Azərbaycanın II Liqasının 13-cü turu çərçivəsində keçirilən "Şəmkir" - "Lerik" oyunu zamanı meydan sahibi komandanın 21 yaşlı futbolçusu Ümid Nağdalıyev ciddi zədə alıb.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlama verən "Şəmkir" klubunun baş məşqçisi Vüqar Nadirov futbolçunun biləyinin sındığını bildirib.
"Ümid Nağdalıyevin biləyi oyun epizodu zamanı sınıb. Təcili olaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq müayinə olunub. Futbolçunun qolu gipsə qoyulub. Hazırda vəziyyəti yaxşıdır".
Qeyd edək ki, hadisə matçın 40-cı dəqiqəsində qeyd alınıb. Rəqiblə mübarizə zamanı yerə yıxılan 21 yaşlı futbolçu meydandan təcili yardım avtomobili ilə çıxarılıb.
Görüş "Şəmkir"in 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....