Azərbaycan idmançısı Paris-2024-də qazandığı medalı geri qaytaracaq

Azərbaycan idmançısı Paris-2024-də qazandığı medalı geri qaytaracaq
Foto
Hadisə 396

"2024-cü ildə Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında mükafat qazanmış idmançımız Qaşım Maqomedovun gümüş medalı keyfiyyətsiz olduğu üçün təşkilat komitəsinə qaytarılacaq".

BAKU.WS xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin müdiri Anar Bağırov deyib.

"Paris Yay Olimpiya Oyunlarının mükafatçısı Qaşım Maqomedovun medalında aşınmalar aşkarlanıb. Digər idmançıların da medallarına baxılacaq, problem aşkarlanacağı təqdirdə onlar da geri qaytarılacaq", - deyə A.Bağırov bildirib.

Xatırladaq ki, 2024-cü ildə Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında mükafat qazanmış idmançılar 100-dən çox medalı istehsalın keyfiyyətsizliyi ilə bağlı şikayətlərlə təşkilat komitəsinə qaytarıblar. İlk şikayətlərdən sonra təşkilat komitəsi zədə və ya keyfiyyətsizliyə görə şikayət edən bütün idmançıların medallarını dəyişdirəcəyini vəd edib. Lakin mükafatların kütləvi şəkildə qaytarılması fonunda medalların hazırlandığı Paris Zərbxanasının direktoru Mark Şvarts istehsalat şöbəsinin üç rəhbərini işdən çıxarmaq qərarına gəlib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda 18 istiqamətdə tıxac yaranıb

Bakıda 18 istiqamətdə tıxac yaranıb

Bakının bir sıra yollarında tıxac yaranıb. BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollard...

1 Hadisə 08:55 18 sentyabr 2026

Son xəbərlər