Azərbaycan hərbçisinin ölümü ilə bağlı baxışlar aparılıb, ekspertiza keçirilib

Azərbaycan hərbçisinin ölümü ilə bağlı baxışlar aparılıb, ekspertiza keçirilib
Hadisə 192

Azərbaycan hərbçisinin ölümü ilə bağlı müvafiq baxışlar aparılıb, ekspertiza həyata keçirilib.

Bu barədə Hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev açıqlamasında deyib. 

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Rüstəmov Faiq Akif oğlunun ölüm faktı

əsasında Naxçıvan hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin xarici və daxili müayinəsi keçirilib, eləcə də digər hərəkətlər icra edilib.

Hazırda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaq.

Oxşar xəbərlər

İsmayıllıda 18 yaşlı gənc evdə ölü tapılıb

İsmayıllıda 18 yaşlı gənc evdə ölü tapılıb

İsmayıllıda 18 yaşlı oğlan mənzildə ölü tapılıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, İsmayıllı şəhərində kirayə götürdüyü mənzildə yaşayan Ağdam rayon s...

125 Hadisə 19:33 02 mart 2025

Son xəbərlər