Azərbaycan gömrüyü İrandan Rusiyaya aparılan dərman preparatlarını müsadirə edib - FOTO

14
okt
2021
17:15
Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin "Astara" gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya "xurma" yükü aparan "Volvo" markalı yük nəqliyyat vasitəsi idxal yoxlama xəttində saxlanılıb və gömrük yoxlaması həyata keçirilib.
Bu barədə BAKU.WS-ə DGK-dan məlumat verilib.
Yoxlama zamanı yük nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən 10 adda müxtəlif markalı 1 424 ədəd dərman preparatı və onlara aid karton qutular aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
Mebeldən 43 kq narkotik çıxdı - VİDEO
Gömrükçülərin həyata keçirdiyi növbəti uğurlu əməliyyat nəticəsində 43 kiloqramdan artıq narkotik vasitə - həşişin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu...
