Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatları aşkar ediblər
29
avq
2026
12:21
Dövlət Gömrük Komitəsi yanında Tovuz Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən dərman vasitələri aşkar edilib.
BAKU.WS Komitəyə istinadən xəbər verir ki, idarənin "Qırmızı Körpü" gömrük postundan keçməklə ölkəmizə gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Baxış zamanı nəqliyyat vasitəsinin qoşqu hissəsində kustar üsulla düzəldilmiş gizli saxlanc yerindən gömrük orqanına bəyan edilməyən 11 adda 43 836 ədəd dərman vasitəsi aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputat Arzuxan Əlizadənin oğludur
Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni detalları məlum olub. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisənin iştirakçılarından biri deputat Arzuxan...