AZAL-ın təyyarəsi texniki səbəbdən dayanacağa qayıdıb

14
avq
2021
15:32
Antalya-Bakı marşrutu üzrə reysin yerinə yetirilməsinə hazırlaşan "Azərbaycan Hava Yolları" aviaşirkətinin "Airbus A320" təyyarəsi texniki səbəblərdən dayanacağa qayıdıb.
BAKU.WS bu barədə "Azərbaycan Hava Yolları" QSC-yə istinadən xəbər verir.
"Sərnişinlərin daşınması üçün Bakıdan başqa təyyarə göndəriləcək. Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcək", deyə məlumatda bildirilir.

Oxşar xəbərlər
İstanbul - Bakı təyyarəsi quşla toqquşdu
Quşla toqquşan AZAL təyyarəsi hava limanına qayıdıb.BAKU.WS-in məlumatına görə, bu barədə AZAL-ın "Facebook" səhifəsində yayılan məlumatda deyilir:"AZAL-ın J2-0...