Azad olunan ərazilərdə daha 138 mina aşkarlanıb
Azad olunan ərazilərdə martın 3-dən 9-dək 48 tank əleyhinə mina, 90 piyada əleyhinə mina, 605 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 1365.3 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.
Oxşar xəbərlər
Bakıda "Range Rover"dən 11 min manat oğurlayan ayıq sürücüyə hökm oxundu
Bakıda sahibkara məxsus "Range Rover" markalı avtomobildən təxminən 11 min manat oğurlayan şəxsə hökm oxunub. BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1...