Azad edilən ərazilərdə 1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat aşkarlanıb - FOTO
18
may
2024
15:16
Son bir həftədə (11-18 may) azad edilən ərazilərdə xeyli sayda silah-sursat aşkarlanıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, polis əməkdaşları Xankəndi şəhəri ərazisindən 43 avtomat silahı, 3 tapança, 8 tüfəng, 15 qumbara, 1 ədəd bomba (C4), 19 alışdırıcı, 209 patron darağı, 6 480 ədəd müxtəlif çaplı patron, 15 ədəd süngü-bıçaq, 1 ədəd videomüşahidə dronu və digər sursatlar, Şuşa, Füzuli və Xocalı rayonları ərazisindən isə 13 avtomat silahı, 2 qumbaraatan, 1 pulemyot və 60 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.
Qalereya
Oxşar xəbərlər
Xankəndidə avtomat, pulemyot, tapança və qumbaralar tapıldı
Polis əməkdaşları Xankəndi şəhərində avtomat, pulemyot, tapança və qumbaralar tapıblar. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat ve...