Axtarışda olan şəxs Azərbaycan-İran sərhədini pozarkən saxlanılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan-İran sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzinin məlumat verib.
Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 1995-ci il təvəllüdlü Goranboy rayon sakini İsgəndərov Telman Tərlan oğlu Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
İran və Rusiyadan Azərbaycana qanunsuz keçmək istəyən şəxslər saxlanılıb - FOTO
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidməti...