Avtoxuliqanlıq videosunu sosial şəbəkədə paylaşan sürücü həbs edilib

Avtoxuliqanlıq videosunu sosial şəbəkədə paylaşan sürücü həbs edilib
Video
Hadisə 217

Avtoxuliqanlıq edib videosunu sosial şəbəkədə paylaşan sürücü həbs edilib.

Bu barədə BAKU.WS-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

DYP əməkdaşları tərəfindən avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan "Tofaş" markalı, 77-SG-661 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Fariz İsmayılov saxlanılıb.

F.İsmayılov idarə etdiyi avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıq hərəkətlərini "TikTok" sosial şəbəkəsində paylaşıb.

Sürücü barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə F.İsmayılov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 30 sutka inzibati qaydada həbs edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

58 yaşlı kişini maşın vurub öldürdü

58 yaşlı kişini maşın vurub öldürdü

Şəkidə piyada ölümü ilə nəticələnən qəza baş verib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün saat 11 radələrində Şəki şəhəri ərazisində Arif Səli...

33 Hadisə 17:50 07 noyabr 2026

Son xəbərlər