Avtoşluq edərək qəza törədən sürücü ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə təhlükəli manevr edən sürücününü qəza törətməsi ilə bağlı görüntülər yayılıb.
BAKU.WS-in xəbərinə görə, sözügedən görüntülərdə 99-SF-327 dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomobilin sürücüsünün avtoxuliqanlıq etdiyi açıq-aşkar görünür.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) inspektoru, polis leytenantı Elvin Hacıyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı araşdırma aparılır.
"Bu kimi audiovizual materialların sosial şəbəkə seqmentlərində, internet platformalarında yayılması sözsüz ki, tərəfimizdən pislənir. Eyni zamanda belə hallar sürücü intiizamsızlığının bariz nümunəsi olmaqla yanaşı, böyüyən gənc nəsilə də çox pis örnəkdir. Dövlət Yol Polisi belə halla rastlaşdıqda, eyni zamanda ictimaiyyət və media nümayəndələri tərəfindən də, belə faktlar təqdim olunduqda, tərəfimizdən müvafiq araşdırma aparılır və qanuna müvafiq tədbirlər görülür", - qurum rəsmisi bildirib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...