Avtomobillə traktor toqquşdu - 20 yaşlı qız öldü
26
okt
2022
09:49
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bərdədə avtomobil traktorla toqquşub, nəticədə 20 yaşlı qız ölüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə oktyabrın 25-də 20:05 radələrində rayonun Qarayusifli kəndi ərazisində 1964-cü il təvəllüdlü sürücü Eldar İmanov Əvəz oğlu idarə etdiyi avtomobillə Ağcabədi rayonu istiqamətində hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkətdə olan traktorun qoşqusunun arxa hissəsi ilə toqquşub.
Nəticədə avtomobildə olan sərnişin 2002-ci il təvəllüdlü Rəqsanə Kərimova Eldar qızı hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Kişi arvadı pomidor almağa göndərib sevgilisini evə çağırdı: “Gördüm, dörd ayaq var” - TƏFƏRRÜAT
Tovuz rayonunda 1986-cı il təvəllüdlü Malik Məmmədalıyev həyat yoldaşı Rəqsanə Məmmədovanı öldürüb. BAKU.WS “teleqraf.com”a istinadən xəbər verir ki, Malik 7 av...