Avtomobilini yolda təmir edən şəxs iki maşın arasında qalaraq öldü
29
iyn
2022
08:27
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Goranboyda yol qəzası olub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunda qeydə alınıb.
Hərəkətdə olan “Shacman” markalı yük maşını nasaz olduğu üçün dayanıb.
50 yaşlı Yevlax rayon sakini Kərimov Kənan nasaz avtomobilini yolda təmir edir.
Nəqliyyat vasitəsinin arxa hissəsində təmir aparan zaman qarşıdan gələn “Mercedes” markalı yük maşını “Sahcman”a çırpılıb.
Ağır bədən xəsarətləri alan usta K.Kərimov xəstəxanaya aparılsa da həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...