Avtomobil qaçırıb taksi fəaliyyəti ilə məşğul olan şəxs saxlanıldı
29
noy
2025
15:44
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 27-də paytaxt sakini olan bir nəfər polisə müraciət edərək bildirib ki, işdə olduğu vaxtda yaxın ərazidə saxladığı ona məxsus "Azsamand" markalı avtomobil qaçırılıb.
BAKU.WS xəbər verir ki, Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 34 yaşlı N.Məmmədov nəqliyyat vasitəsilə birgə saxlanılıb.
Aparılan araşdırmalarla məlum olub ki, saxlanılan şəxs həmin avtomobili istifadə etməklə taksi fəaliyyəti ilə də məşğul olub.
Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
14 yaşlı qız anasının zorakılığına görə sığınacağa yerləşdirildi
Atasını itirdikdən sonra anası ilə yaşayan 14 yaşlı yeniyetmə qızın zorakılığa məruz qaldığı bildirilir. Hazırda o, sığınacaqda qalır və ilk dəfə təhsil almağa...