Avtobusdakı əlbəyaxa dava ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB - VİDEO

Avtobusdakı əlbəyaxa dava ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB - VİDEO
Video
Hadisə 1723

Avtobusda sərnişinlər arasında düşən dava ilə bağlı cinayət işi açılıb.

Bunu BAKU.WS-ə açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.

“Hadisə Nizami rayonu ərazisində qeydə alınıb. 2001-ci il təvəllüdlü A.Talıblı barədə CM-nin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Toplanan materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib”, - deyə DİN rəsmisi əlavə edib.

***09:36

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə sərnişin avtobusunda baş verən dava ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev BAKU.WS-ə bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Əlavə məlumat veriləcək.

***08:32

Bakıda avtobusların birində iki şəxs arasında mübahisə dava ilə nəticələnib.

BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Görüntülərdə iki nəfər kişinin bir-biri ilə dava etməsi öz əksini tapıb.

Mübahisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər