Avtobusda daha bir biabırçılıq, sərnişinlər qapıdan asılı qaldılar - DYP-dən açıqlama - VİDEO - YENİLƏNİB

Avtobusda daha bir biabırçılıq, sərnişinlər qapıdan asılı qaldılar - DYP-dən açıqlama - VİDEO - YENİLƏNİB
Video
Hadisə 219

"Sözügedən hal sərnişindaşıma qaydalarına ziddir. Qapı heç bir halda açıq olmamalıdır".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib. O bildirib ki, belə hallar sərnişinlər üçün təhlükəli vəziyyət yaradır. Əgər avtomobilin nömrəsi bəllidirsə, faktla bağlı araşdırma aparılacaq.

***10:32

Səhər saatlarında Sabunçu rayonu Ramana qəsəbəsindən "Koroğlu" metrosuna gələn 204 nömrəli marşrutda acınacaqlı mənzərə yaşanıb.

BAKU.WS-in "qaynar xətt"inə daxil olan məlumata görə, 204 saylı avtobus sıxlıq səbəbindən qapısı açıq hərəkət edib. Sərnişinlər qapıdan tutaraq yola davam ediblər.

Şikayətçinin sözlərinə görə, sözügedən marşrut xətti üzrə hərəkət edən bütün avtobuslarda vəziyyət belə olur, xüsusən də günün pik saatlarında.

Bundan başqa, sakinlər avtobusun intervalından da narazıdırlar.

"Bu qədər əhalini 10, 15, hətta bəzən 20 dəqiqəlik intervalla xəttə çıxan avtobuslarla daşıyırlar. Guya interval 7 dəqiqədir. Ancaq bu, boş söhbətdir".

Sözügedən videonu təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər