Avtobus xarab oldu - Sərnişinlər YOLDA QALDI
Yeniliklərdən dərhal xəbərdar olun
525 saylı marşrut avtobusu texniki nasazlıq səbəbindən yolda qalıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə bu səhər Masazır dairəsinə çatmamış ərazidə qeydə alınıb.
Nəticədə avtobusdakı sərnişinlər nəqliyyat vasitəsini tərk ediblər.
Sərnişinlərin sözlərinə görə, 525 nömrəli xətt üzrə fəaliyyət göstərən avtobusların əksəriyyəti köhnə və istismara yararsız vəziyyətdədir.
Onlar bildiriblər ki, nəqliyyat vasitələri tez-tez xarab olur, bu da həm sərnişinlərin narahatlığına, həm də marşrutda hərəkət sıxlığına səbəb olur.
Şikayətçilər əlavə ediblər ki, xətt üzrə mövcud avtobuslar sərnişin axınını qarşılamaqda çətinlik çəkir, xüsusən səhər və axşam pik saatlarında avtobuslarda yer tapmaq mümkünsüz olur.
Məsələ ilə bağlı daşıyıcı şirkətə sorğu ünvanladıq, məlumat veriləcəyi təqdirdə xəbər yenilənəcək.
Hadisə anına dair görüntüləri təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
Bakıda körpəsini qonşuya əmanət edən ana evə qayıdanda meyitini tapdı - Təfərrüat
Bakının Sabunçu rayonunda 2 yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb. BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, hadisə rayonun Anaşkin küçəsində baş verib. Məl...