Ata və azyaşlı qızı döyüldü, şübhəli həbs edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Yalova vilayətinin Çınarcıq rayonunda ata və 14 aylıq qızı qonşularının hücumuna məruz qalıb. Hadisə zamanı ata və körpə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
BAKU.WS xəbər verir ki, ilkin məlumata görə, tərəflər arasında uzun müddətdir davam edən münaqişə olub. Ata jandarmaya müraciət etdikdən sonra, qucağında azyaşlı övladı olduğu halda odun parçası ilə hücuma məruz qalıb. Nəticədə körpənin kəllə sümüyündə çat, atanın isə burun nahiyəsində sınıq qeydə alınıb.
Hadisə ilə bağlı cinayət işi başlanıb. Hücumda şübhəli bilinən şəxs məhkəmə qərarı ilə həbs edilib. Rəsmi qurumlar araşdırmanın davam etdiyini bildirir.
Oxşar xəbərlər
İzmirdəki zavodda partlayışda ölənlərin sayı 10-a çatıb
Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda partlayışda ölənlərin sayı 10-a çatıb. BAKU.WS "Report"a istinadən xəbər veri...