At çapması ilə fenomenə çevrilən Gülaydan üzücü xəbər - VİDEO

29
may
2020
12:30
Sosial şəbəkədə at çapmaqla fenomenə çevrilən Gülay Fərzəliyeva uzun müddət sevdiyi hobbisindən kənarda qalacaq.
BAKU.WS xəbər verir ki, bu barədə 12 yaşlı Gülayın “İnstagram” hesabında məlumat paylaşılıb.
Bildirilir ki, o, yelləncəkdən yıxılarkən sağ ayağı dizdən yuxarı sınıb.
“Gülay parkda yelləncəkdə yellənərkən yıxıldı və sağ ayağı dizdən yuxarı sındı. Hal-hazırda xəstəxanadadır. Biz əsasən təhlükəni atlardan gözləyirdik, lakin əksi olaraq tam başqa yerdən gəldi. Gülay bir il sizdən ayrı qalacaq, dualarınızı əsirgəməyin”,- deyə paylaşımda qeyd olunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin REAL TV-yə müsahibəsinin TAM MƏTNİ + VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də REAL televiziyasının rəhbəri Mirşahin Ağayevə geniş müsahibə verib. AZƏRTAC müsahibəni təqdim...