Astaraya PUA ilə narkotik keçirən şəxs saxlanılıb
Astara rayonu ərazisində qaçaqmalçılıq yolu ilə ölkəyə pilotsuz uçuş aparatı (PUA) vasitəsilə keçirilən 10 kiloqram marixuana çay kənarında aşkarlanıb.
BAKU.WS xəbər verir ki, PUA ilə yerə qoyularaq lokasiyası ötürülən şübhəli bağlamaları həmin yerdən götürməyə gələn, əvvəllər məhkum olunmuş 37 yaşlı Cavid Həsənov Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Müəyyən edilib ki, narkotik vasitəni başqa-başqa ünvanlara çatdırılmasına məsul olan şübhəli şəxsin istintaqla araşdırılan İran vətəndaşı ilə anlaşması olub.
Faktla bağlı cinayət işi başlanılıb, şübhəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq hərəkətləri davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində hamamda dəm qazından zəhərlənənlərdən birinin vəziyyəti orta-ağırdır
Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində aprelin 1-də hamamda dəm qazından zəhərlənən 6 nəfər (4 oğlan, 2 qız) bu gün saat 15:00 radələrində yenidən...