Astarada zəncirvari qəza nəticəsində avtomobil piyadanı vuraraq öldürüb

Astarada zəncirvari qəza nəticəsində avtomobil piyadanı vuraraq öldürüb
Hadisə 51

Astarada 4 avtomobilin iştirakı ilə baş verən zəncirvari qəza nəticəsində avtomobil piyadanı vuraraq öldürüb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, Astara rayonunun Kişəjəbə qəsəbə sakini 24 yaşlı Vəfa İbadovanın idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobillə Astara rayonu Siyəkü kəndindən Pensər kənd istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək həmin yolla hərəkət edən VAZ-2199 markalı, VAZ-2107 markalı və digər VAZ-2107 markalı avtomaşınlara dəydikdən sonra yolun hərəkət hissəsinin kənarı ilə piyada hərəkət edən 53 yaşlı Şahağacı kənd sakini Arifə Quliyevanı vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər