Astarada meşədə müəllimi balta ilə qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Yeniliklərdən dərhal xəbərdar olun
Astara rayonunda şəxsi münasibətlər zəminində Eynəli Əzizovu balta ilə qətlə yetirməkdə təqsirli bilinən Aslan Şüvünəliyevə hökm oxunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Əli Əliyevin sədrlik etdiyi iclasda elan edilib.
Hökmə əsasən, A.Şüvünəliyev 16 il müddətinə azadlıqdan mərhum olunub.
Qeyd edək ki, hadisə ötən ilin may ayında baş verib. İttihama görə, A.Şüvünəliyev mərhum E.Əzizovun fermasında çoban işləyib. Təsqirləndirilən şəxs aralarında yaranmış şəxsi münasibətlər zəminində Astara rayonundakı meşəlik ərazidə balta ilə onu qətlə yetirib.
E.Əzizov rayon ərazisində heyvandarlıqla məşğul olub. Mərhum əvvəllər bələdiyyə sədri, həmçinin Astarada yerləşən orta məktəblərin birində müəllim kimi işləyib.
A.Şüvünəliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.
Oxşar xəbərlər
Bacısının intiharına səbəb olan şəxsə iki güllə vurdu... - Biləsuvarda dəhşətli cinayətin TƏFƏRRÜATI
Biləsuvar rayonunda 1985-ci il təvəllüdlü Mərdan şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı həmkəndlisi Babanı (adlar şərti verilib – red.) qətlə yeti...