Astarada dənizdə boğulduğu deyilən şəxsin ölkə xaricinə getdiyi məlum olub
22
avq
2026
16:25
Avqustun 19-da saat 19 radələrində Masallı rayon sakini 36 yaşlı Elmar Məmmədlinin Xəzər dənizinin Astara şəhəri ərazisindəki çimərliyində boğulması, meyitinin isə suda itkin düşməsi barədə polisə məlumat daxil olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlərlə həmin şəxsin suda boğulmadığı, avqustun 20-də hava yolu ilə ölkə hüdudlarını tərk etdiyi müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Azərbaycanda gənc əsgər vəfat etdi
Azərbaycanda gənc əsgər vəfat edib. BAKU.WS xəbər verir ki, bu barədə Oxu.az-a məlumat daxil olub. Məlumata görə, gənc əsgər Orxan Şabanov hərbi xidmət dövründə...