Astarada çəllək kəsilərkən partlayış olub, usta ölüb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Astarada ani ehtiyatsızlıq ustanın ölümünə səbəb olub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Pensər kəndində, tikinti materialları satışı obyektində baş verib.
Ərçivan qəsəbə sakini 1961-ci il təvəllüdlü Zeynalov Firudin Sübhan oğlu laqonda (elektrikli kəsici alət) ilə çəllək kəsərkən anidən partlayış olub. Laqonda aparatı ustanın əlindən çıxaraq, sifətini kəsib. Yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya baş - sifət nahiyəsinin dərin kəsilmiş - didilmiş yarası diaqnozu qoyulub. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
İlkin ehtimala görə, ustanın kəsdiyi çəlləyin içərisində kimyəvi maddə və ya məhlulun qalıqları olub.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...