Astarada başına boru düşən Cəlilabad sakini ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabad sakini Astarada bədbəxt hadisə nəticəsində ölüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Astara rayonunun dağ kəndi olan Təxtənəkəran kəndində qeydə alınıb.
Belə ki, Cəlilabad rayonunun Vənlik kənd sakini Ramin Simran oğlu Kərimov vətəndaşa məxsus həyətyanı sahədə artezian quyusu qazarkən başına boru düşüb. R. Kərimovun yanında işləyən həmkəndliləri onu təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
Buna baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Həkiməqədər ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, mərhum ailəli olub və himayəsində iki azyaşlı övladı var.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...