Astarada avtomobil körpüdən aşıb, ölən və xəsarət alan var

Astarada avtomobil körpüdən aşıb, ölən və xəsarət alan var
Hadisə 117

Astara rayonunda avtomobil körpüdən aşıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Astaranın Şahağacı kəndi ərazisindən keçən hissəsində baş verib.

"Toyota" markalı avtomobil idarəetmədən çıxaraq körpüdən aşıb. İlkin məlumata görə, nəticədə 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Hazırda ölən və xəsarət alan şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər