Astarada avtomobil elektrik dirəyinə çırpılıb, ölən və yaralanan var
Yeniliklərdən dərhal xəbərdar olun
Astara rayonunda ağır yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, martın 8-də saat 22:40 radələrində 1998-ci il təvəllüdlü Tural Əlizadə idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Astara şəhəri ərazisində hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı elektrik dirəyinə çırpılıb.
Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən ölüb. Avtomobildə sərnişin qismində olan Mehdi Əsgərzadə isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Astara rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Rəşad Dağlının ŞOK İFADƏLƏRİ - FOTO/VİDEO
2022-ci il noyabrın 9-u səhər saat 5-də vətəndaş Samir Adıgözəlov Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək, Lökbatan dairəsi yaxınlığında naməlum ş...