Astara sakininin qulağını dişləyən eşşək saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Qulağını ulaq dişləyən Astara rayonu Pəlikeş kəndinin sakini Vəliyulla Əliabbasovdan xəbər var.
BAKU.WS xəbər verir ki, bu barədə Bizim.Media-ya Pəlikeş inzibati ərazi üzrə nümayəndə Xəqani Xaliqov məlumat verib.
O bildirib ki, səhər saatlarənda Vəliyulla Əliabbasov nümayəndəlikdə olub:
"Səhhəti normaldır. Heç bir şikayəti yoxdur. Onun qulağını qopardan ulaq da saxlanılıb. Hazırda ulaq sahibinin həyətində ağaca bağlı, baytar nəzarəti altında saxlanılır. Baytar həkimləri bildiriblər ki, əgər 40 günə kimi eşşək ölsə, deməli onda quduzluq xəstəliyi var.
Əgər ölməsə, deməli ulaq xəstə deyil. Bir də ki, həmin ulaq bir müddət əvvəl başqa kənd sakininə də xələl yetirmişdi. Bir az dəcəl eşşəkdir".
Qeyd edək ki, bir neçə gün əvvəl Astara rayonu Pəlikeş kənd sakini Vəliyulla Əliabbasov qonşunun ulağının hücumuna məruz qalıb. Nəticədə ulaq kənd sakinin qulağını qopardıb və bədəninə xətər yetirib. Həkimlərin vaxtənda müdaxiləsi hesabına Vəliyulla Əliabbasovun qulağə yerinə tikilib.
Oxşar xəbərlər
“Bir də gördüm, qulağım yoxdur…” - Eşşək kişinin qulağını qopartdı - VİDEO
Astara sakininə eşşək hücum edib. BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, hadisə rayonunun Pəlikeş kəndində qeydə alınıb. 41 yaşlı Vəliyulla Əliabbasov yol...