Artan piyada ölümləri: Analoji hadisələr hansı prospektdə daha çox baş verir? - SİYAHI - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhərində piyadanın vurulması ilə nəticələnən hadisə baş verib.
BAKU.WS xəbər verir ki, hadisə Fətəli xan Xoyski küçəsində qeydə alınıb.
Nəticədə piyada ağır xəsarət alıb.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli oxu.az-a açıqlamasında bildirib ki, Bakıda ötən altı ay ərzində yol-nəqliyyat hadisələrin 63 faizdən çoxu məhz piyadavurma ilə nəticələnib:
“Şəhərdə bəzi küçə və prospektlərdə bu vəziyyət daha təhlükəlidir. Belə ki, Fətəli Xan Xoyski küçəsi piyadaların vurulmasına görə ilk onluğa daxildir. Heydər Əliyev, Ziya Bünyadov, Qara Qarayev və “8 Noyabr” prospektlərində piyada vurma halları artıb.
Piyadalar çox səhlənkarlıq edirlər. Bu isə yol infrastrukturunun düzgün qiymətləndirilməməsinin nəticəsidir. Hamı harasa tələsir, daha sonra isə “Bilmədim”, “Görmədim”, “Belə oldu, nə edək?” kimi məsuliyyətsiz bəhanələr. Gəlin, məsuliyyətimizi artıraq, düşüncələrimizi dəyişək ki bu bəladan maksimum uzaq olaq”.
Qeyd edək ki, son altı ayda Heydər Əliyev prospektində 18, Ziya Bünyadov prospektində 17, Qara Qarayev prospektində 10 və “8 Noyabr” prospektlərində isə 5 piyadavurma halı baş verib. Heydər Əliyev prospektində baş verən 18 piyadavurma hadisəsindən 12-si ölümlə nəticələnib.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...