Arif Babayev evdə həkim nəzarəti altında müalicə olunur
06
yan
2022
15:29
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Xalq artisti Arif Babayev evdə həkim nəzarəti altında müalicəsini davam etdirir".
BAKU.WS xəbər verir ki, bunu "Report"a 83 yaşlı Xalq artistinin oğlu Yaşar Babayev bildirib.
Onun sözlərinə görə, atasının səhhəti yaxşıdır: "Hazırda ev şəraitində insult, beyinlə əlaqəli müalicə kursunu davam etdiririk. Yataq şəraitində deyil, arada açıq havaya çıxır, gəzir. Özünü yaxşı hiss edir. Hər şey qaydasındadır”.
Qeyd edək ki, A.Babayev bir müddət əvvəl Mərkəzi Klinik Xəstəxanada sinir sistemi ilə bağlı müalicə alıb.
Oxşar xəbərlər
Azərbaycanda qayınata gəlininə təcavüz etdi: "Zorla taxtın üzərinə oturdub..." - TƏFƏRRÜAT
Balakən rayonunda 1961-ci il təvəllüdlü Teymur Borboşov 2003-cü il təvəllüdlü gəlini Leylaya (ad şərti verilib - red.) təcavüz edib. BAKU.WS “teleqraf.com”a ist...