Aptekdən oğurluq edən şəxs saxlanıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Astarada aptekdən oğurluq edən şəxs “isti izlər”lə saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara şəhəri ərazisində yerləşən apteklərdən birindən gecə saatlarında 426 manat pulun oğurlanması ilə bağlı rayon polis şöbəsinə (RPŞ) müraciət daxil olub.
Astara RPŞ-nin əməkdaşlarının “isti izlər”lə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Astara şəhər sakini İ.Əhmədov olduğu müəyyən edilib.
Həmin şəxs törətdiyi əməli etiraf edib və oğurladığı pulların bir qismi ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməliyyat keçirdi - 10 kq narkotik götürüldü
Daxili İşlər Nazirliyi (DİN) əməkdaşları əməliyyat keçirib, külli miqdarda narkotik vasitə aşkarlanıb. DİN-in Mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, Baş N...