Antiterror əməliyyatında ağır yaralanan Azərbaycan Ordusunun zabiti tibb müəssisəsində vəfat edib

Antiterror əməliyyatında ağır yaralanan Azərbaycan Ordusunun zabiti tibb müəssisəsində vəfat edib
Hadisə 105

2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlu 7 aprel 2024-cü il tarixində müalicə olunduğu tibb müəssisəsində vəfat edib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid zabitimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət etsin!

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanlı diplomat vəfat edib

Azərbaycanlı diplomat vəfat edib

Azərbaycanlı diplomat Elşən Abduləzimov ağır xəstəlikdən vəfat edib. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi sosial şəbəkədə məlumat yayıb. "Bu gün, dəyər...

122 Hadisə 00:47 07 fevral 2024

Son xəbərlər