Ankarada 20 Yanvar faciəsinin, Qazaxıstan, Kipr və Kərkük türklərinin soyqırımlarının qurbanları anılıb
Ankarada yerləşən Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi (TADIV) Şuşa Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsini anıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyi, TADİV, Qazaxıstan və Şimali Kipr Türk Respublikasının (ŞKTR) diplomatik nümayəndəlikləri və Türkməneli Dərnəklər Federasiyasının (TÜFED) təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyə Xarici İşlər Nazirliyinin əməkdaşları, Böyük Millət Məclisinin (TBMM) üzvləri, diplomatlar, elm adamları və hər iki qardaş ölkədən ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidlərin xatirəsi yad edildikdən sonra Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım açılış nitqil ilə çıxış edib. O, 1990-cı ilin yanvarında Bakıda və ölkəmizin digər şəhərlərində baş verən hadisələri Azərbaycan xalqının qəhrəmanlığının və milli qürurunun hekayəsi adlandırıb.
Millət vəkilinin sözlərinə görə, tarixin müxtəlif dövrlərində digər türk xalqları da faciəli hadisələr yaşayıb.
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Ertan Qərib müasir Azərbaycanın inkişaf mərhələlərinə diqqət çəkərək, ölkənin qlobal dövlətlər ailəsinin güclü və nüfuzlu üzvünə çevrildiyini qeyd edib.
Tədbir Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, TADİV prezidenti professor Aygün Attar, ŞKTR-nin Ankaradakı səfiri İsmət Korukoğlu və İraq parlamentindəki Türkmən fraksiyasının rəhbəri, Kərkük millət vəkili Ərşat Salihinin iştirak etdiyi panel müzakirələri ilə davam edib.
R.Məmmədov bildirib ki, 1990-cı il 20 Yanvar faciəsi Azərbaycan tarixinə azadlıq və müstəqillik uğrunda mübarizənin parlaq və şanlı səhifəsi kimi daxil olub. O, xatırladıb ki, Azərbaycan xalqı azadlıq uğrunda mübarizə ənənəsinə sadiqliyini nümayiş etdirib və 21 yanvar 1990-cı ildə Ulu Öndər Heydər Əliyev Moskvadakı Azərbaycanın Daimi Nümayəndəliyində xalqımıza qarşı törədilən qanlı faciəni pisləyən bəyanatla çıxış edib: "Bununla da Ulu Öndər informasiya blokadasını yarmağa və dünya ictimaiyyətini hadisələrin həqiqətləri barədə məlumatlandırmağa nail olub".
A.Attar SSRİ-nin son illərində Qazaxıstanda baş verən faciəli hadisələrdən danışıb. O, 1986-cı ilin dekabrında Almatıda baş verən hadisələrə diqqət çəkib.
İ.Korukoğlu 1963-cü il yanvarın 20-24-də Kiprdə baş verən faciəli hadisələrdən danışıb. Bu hadisələrdə etnik təmizləməyə yönəlmiş təxribatlar və hücumlar nəticəsində yunanların yüzlərlə türkü qətlə yetirdiyinə diqqət çəkib.
Ərşad Salehli isə çıxışında 14-16 iyul 1959-cu ildə İraqda-Kərkükdə baş verən hadisələri xatırladaraq, bildirib ki, bu faciəli olaylarda 79 türkmən həlak olub və 140-dan çox insan yaralanıb.
Qalereya
Oxşar xəbərlər
Cəlilabadın bir sıra ərazilərində elektrik enerjisinin verilişi təmin olunub
Güclü qara baxmayaraq, "Azərişıq" ASC Cəlilabadda elektrik enerjisinin bərpasını davam etdirir. ASC-dən BAKU.WS-ə verilən məlumata görə, qar Cəlilabad rayonunun...