ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb - FOTO

ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb - FOTO
Hadisə 321

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşı minaya düşüb.

Bu barədə BAKU.WS-ə ANAMA-dan məlumat verilib.

Bildirilib ki, Agentliyin Təmizləmə Qrupunun Bölmə rəhbəri, 04 iyul 1983-cü il təvəllüdlü Mirzəyev Elməddin Tofiq oğlu işğaldan azad olunmuş Ağdam rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən erməni silahlı qüvvələri tərəfindən basdırılmış piyada əleyhinə minanın zərərsizləşdirilməsi zamanı mina partlayışı baş verib.

Nəticədə Mirzəyev Elməddin Tofiq oğlunun sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunmuş və çoxsaylı qəlpə yarası alıb.

Baş Prokurorluqdan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş,digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılmışdır.

Hazırda zəruri istintaq hərəkətləri həyata keçirilir.

ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Füzulidə avtomobil minaya düşdü: beş mülki şəxs həlak oldu - RƏSMİ

Füzulidə avtomobil minaya düşdü: beş mülki şəxs həlak oldu - RƏSMİ

Ermənistanın silahlı qüvvələri Azərbaycan ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol v...

1387 Hadisə 17:13 28 noyabr 2020

Son xəbərlər