ANAMA əməkdaşının Kambocada ölümü ilə bağlı məlumat yayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Kambocada vəfat edən əməkdaşı barədə məlumat yayıb.
BAKU.WS-ə ANAMA-dan verilən məlumata görə, keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dair beynəlxalq təlimlərdə iştirak edən agentliyin minaaxtaran it bələdçilərindən biri Orxan Məhərrəmov səhhətində yaranan kəskin problemlə əlaqədar cari ilin yanvarın 14-də həmin ölkədə xəstəxanaya yerləşdirilib.
O, yanvarın 18-də Malayziyadakı ixtisaslaşmış xəstəxanaya təxliyə edilib. Həkimlərin səylərinə baxmayaraq əməkdaşın həyatını xilas etmək mümkün olmayıb və yanvarın 25-də vəfat edib.
Məsələ ilə bağlı bir neçə gün öncə Malayziyaya ezam olunan ANAMA əməkdaşları Orxan Məhərrəmovun nəşinin ölkəmizə gətirilməsi üçün Azərbaycanın Malayziyadakı səfirliyinin dəstəyi və sözügedən təlimlərin təşkilatçıları ilə koordinasiya etməklə müvafiq tədbirlər həyata keçirirlər.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....