Ana həbsdə olan övladına xüsusi üsulla narkotik keçirmək istədi
Yeniliklərdən dərhal xəbərdar olun
Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.
Bu barədə BAKU.WS-ə Penitensiar xidmətdən məlumat verilib.
Bildirilib ki, narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həbs edilən şəxsin anası tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan gödəkçənin cibində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 0,323 qram olan narkotik maddə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Həbsdəki qardaşına narkotik keçirmək istəyərkən yaxalandı - FOTO
Bakıda həbsdə olan qardaşına narkotik maddə keçirmək istəyən şəxs yaxalanıb. Bu barədə BAKU.WS-ə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin (PX) İctimaiyyətlə əlaqə...