Amerikada azərbaycanlı gənc itib: Polis axtarış aparır
ABŞ-də yaşayan azərbaycanlı gəncin itkin düşməsi ilə bağlı narahatlıq doğuran məlumat yayılıb.
BAKU.WS Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Amerikada fəaliyyət göstərən azərbaycanlı aparıcı Aynur Talıbova sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, Ömər Bayramzadə Yaşar oğlu təxminən 3 həftə əvvəl Kolumbus şəhərində yaşadığı evdən çıxıb və həmin vaxtdan etibarən ailəsi onunla əlaqə saxlaya bilmir.
Bildirilib ki, hadisə ilə bağlı artıq polisə məlumat verilib və axtarış tədbirləri davam etdirilir.
Aparıcı ictimaiyyətə müraciət edərək qeyd edib ki, gənci görən və ya onun harada olması ilə bağlı hər hansı məlumatı olan şəxslərdən aşağıdakı nömrə ilə əlaqə saxlamaları xahiş olunur: 614 972 2860
Oxşar xəbərlər
Xırdalanda binanın səkkizinci mərtəbəsindən yıxılaraq beşinci mərtəbədə asılı qalan qadın xilas edilib
Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində çoxmərtəbəli yaşayış binasında təhlükəli vəziyyətdə qalan vətəndaş xilas edilib. Oxu.Az xəbər verir...