Almaniyadan 170 minlik avtomobil qaçıran azərbaycanlı gəncdən ağlasığmaz addım (VİDEO)
14
okt
2018
09:25
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan vətəndaşı Babək Nəzərov kirayə adı ilə götürdüyü 170 min manatlıq avtomobili oğurlayıb.O, Almaniyadan qaçırdığı son model avtomobillə Azərbaycanda tutulub.Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Azərbaycan vətəndaşı Babək Nəzərovun idarə etdiyi "Mercedes'' markalı son model avtomobil saxlanılıb.Həmin avtomobilin sənədlərinə gömrük baxışı zamanı sənədlərin həqiqiliyi şübhə doğurub. Araşdırma aparılarkən məlum olub ki, avtomobil Almaniyanın Münxen şəhərində kirayə avtomobil verən şirkətlərdən birinə məxsusdur. Dindirmə zamanı Babək Nəzərovun digər cinayət əməlləri də üzə çıxıb.Dövlət Gömrük Komitəsindən onu da bildirdilər ki, Babək Nəzərov avtomobili kirayə götürdükdən sonra onun dövlət nömrə nişanını da saxtalaşdırıb. Hətta Babək Nəzərov kirayə şirkətinin avtomobilin qaçırıldığından xəbəri olmasın deyə ön sağ farasını çıxararaq Almaniyada qoyub. Çünki həmin farada olan ''GPS'' vasitəsilə şirkət avtomobillərinin hansı ərazidə hərəkətdə olduğunu izləyirmiş. Fakta görə onun barəsində cinayət işi başlanıb, istintaq gedir.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:BAKU.WS
Oxşar xəbərlər
Almaniyada kirayə verilmiş avtomobil oğurlanaraq Azərbaycana gətirildi - FOTO
Azərbaycan gömrükçüləri ölkə ərazisinə Almaniyadan oğurlanaraq gətirilmiş avtomobilin aşkara çıxarılmasını təmin edib.BAKU.WS xəbər verir ki, bu barədə Dövlət G...