Almaniyada müsəlmanların məzarları naməlum şəxslər tərəfindən dağıdılıb

Almaniyada müsəlmanların məzarları naməlum şəxslər tərəfindən dağıdılıb
Hadisə 79

Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətinin İzerlon şəhərindəki müsəlman qəbiristanlığında 20 məzar naməlum şəxs və ya şəxslər tərəfindən dağıdılıb.

BAKU.WS Haber Globala istinadən xəbər verir ki, Almaniyada şəhərin girişində yerləşən 100-dən çox qəbiristanlıqdan 20-si dağıdılıb.

Əraziyə prokurorluq və polis əməkdaşları çağırılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparıblar. Müsəlmanların məzarlarının Yeni il axşamı yerli vaxtla gecə saat 01:30 və ya 02:00 radələrində baş verdiyi təxmin edilir. Sakinlər dağıdılan qəbirləri düzəltməyə başlayıblar.

Türkiyənin Xarici İşlər Nazirliyi hadisəni pisləyərək, cinayətkarların müəyyənləşdirilməsini və cəzalandırılmasını istəyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər