Ali Məhkəmə prorektorun qətlində təqsirləndirilən şəxslə bağlı qərar verdi
"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun qətlində təqsirləndirilən Dəyanət Quliyev barəsindəki hökmdən olan kassasiya şikayətinə baxılıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə şikayətlə bağlı yekun qərar qəbul edilib.
Prosesi icra edən hakimlər təqsirləndirilən barədə birinci instansiya məhkəməsinin çıxardığı qərarın qanunauyğun olduğunu elan ediblər.
Qərara əsasən, təqsirləndirilənin şikayəti təmin edilməyib. Dəyanət Quliyevin 14 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılıb.
Qeyd edək ki, hadisə 13 il əvvəl - 2011-ci ildə baş verib. İttihamda deyilir ki, həmin vaxt "Təfəkkür" Universitetinin rektoru işləyən Müşfiq Atakişiyev özünə rəqib hesab etdiyi prorektor Tariyel Əhmədovun qətlini bacısı oğlu Dəyanət Quliyevə sifariş verib. D.Quliyev isə bu işi qonşusu Samir Quliyevə icra etdirib. Cinayətin üstü 12 il sonra açılıb.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
"Azəriqaz"ın əməkdaşı araq içib qonşusunun həyətinə od vurdu
Bərdədə sərxoş kişi qonşusunun həyətinə od vuraraq, ot tayalarını yandırıb. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qəhrəmanlı kəndində baş ve...