“Albert Rıjiy” dəfn olundu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 12-də Rusiyada qətlə yetirilən azərbaycanlı “Qanuni oğru”, kriminal aləmdə “Albert Rıjiy” ləqəbi ilə tanınan Əli Heydərov dəfn olunub.
BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, Sankt-Peterburqun Beloostrovski qəbiristanlığında torpağa tapşırılıb.
Əli Heydərovun dəfnində kriminal aləmin nümayəndələri iştirak edib. Hazırda Rusiyada həbsdə olan, digər gəncəli “Qanuni oğru” Ülfət Tağıyev (“Rufo Gəncinski”) də həmyerlisinin məzarına çələng göndərənlər arasında olub.
Qeyd edək ki, Ə.Heydərov Moskvadakı idman zallarının birində qətlə yetirilib. Onun qətlinə görə şübhəli şəxs qismində 1984-cü il təvəllüdlü Sultanov Mətləb Paşa oğlu saxlanılıb. O, ifadəsində Əli Heydərovu öldürdüyünü etiraf edib.
Xatırldaq ki, “Albert Rıjıy” 1981-ci ildə Gəncədə anadan olub. “Qanuni oğru” adını 2012-ci ildə Sankt-Peterburqda alıb. “Albert Rıjıy” “Ded Xasan”ın (Aslan Usoyan) ölümündən 8 il sonra Moskvada qətlə yetirilən ilk “Qanuni oğru”dur.
Qalereya
Oxşar xəbərlər
Öldürülən Gəncəli Albertin həyatı, düşmənləri... - VİDEO
Kriminal aləmdə Albert Rıjiy və Albert Gəncəli kimi tanınan Əli Heydərov ötən gün Moskvada qətlə yetirilib. Onu saat 13 radələrində yaşadığı binanın idman zalın...