Aktyorun döydüyü direktor döyüləndən sonra ilk dəfə danışdı - VİDEO
23
noy
2018
08:57
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi, aktyor Rza Rzayev noyabrın 20-də Nizami Rayon Məhkəməsinin qarşısında aylardır qalmaqal yaşadığı Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevi döyərək ona ağır bədən xəsarətləri yetirib.“Qafqazinfo”nun məlumatına görə, bu hadisə günlərdir sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Təhsil Nazirliyi açıqlamasında direktora qarşı baş vermiş fiziki zorakılıq halını pislədiyini və şiddətlə qınadığını, nazir Ceyhun Bayramovun məsələni bilavasitə diqqət mərkəzində saxladığını bildirib. R. Rzayev isə hadisənin söyüşə görə baş verdiyini, elə də böyük dava olmadığını söyləyib. Dünən gənc müəllim Həbib Əlizadə 3 saylı Şəhər Klinik Xəstəxanasında müalicə alan direktora baş çəkərək oradan canlı yayım edib. Tural Mirzəliyev hadisə barədə danışmadan onu dəstəkləyən, xəstəxanada ziyarət edən insanlara təşəkkür edib. BAKU.WS
Oxşar xəbərlər
Tanınmış aktyorun məktəb direktorunu döyməsinin SƏBƏBİ BİLİNDİ (VİDEO)
Bir neçə ay əvvəl məktəb direktoru ilə aktyor arasında başlayan mübahisə sonda əlbəyəxa dava ilə başa çatıb. Hadisə ötən gün paytaxtın Nizami rayon məhkəməsinin...