Akademiyadan tələbənin intiharı ilə bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsi Seymur Əsgərovun intihar xəbərini dərin kədər və təəssüf hissi ilə qarşıladıq”.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu sözləri Akademiyanın Mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev deyib.
O bildirib ki, birinci kursda, məşqçilik ixtisası üzrə təhsil alan Seymur onlayn dərslərdə fəallığı ilə seçilən, nümunəvi və çalışqan tələbə olub: “Birinci semestrdə verdiyi bütün imtahanların hamısından müvəffəqiyyətlə keçib. Belə nümunəvi bir tələbəsini itirən akademiyamız Seymurun ölümündən kədərlənir və onun ailəsinə bir daha dərin hüznlə başsağılı verir”.
Qeyd edək ki, hadisə dünən Qəbələ rayonunda baş verib. Zərgərli kəndində yerli sakin, 2003-cü il təvəllüdlü Seymur İlqar oğlu Əsgərov özünü yaşadığı evin həyətindəki tövlədə asıb. S.Əsgərov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsi olub.
Oxşar xəbərlər
Tələbə qızların zəhərlənmələri ilə bağlı ŞOK TƏFƏRRÜAT - FOTO
Noyabrın 21-də Bakı Dövlət Universiteti (BDU) 2 saylı yataqxanasında 3 tələbə qız zəhərlənib. Onlardan biri - fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdl...