Ailəsini və evini yandıran şəxsin qohumu baş verənlərdən danışdı - FOTO

Ailəsini və evini yandıran şəxsin qohumu baş verənlərdən danışdı - FOTO
Foto
Hadisə 299

Şəmkir rayonunun Seyfəli kəndində ailə üzvlərini yandıran Vəli Vəliyevin qohumu Abbasəli Əhmədov danışıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, kənd sakinləri və qohumlar hadisədən gec xəbər tutublar.“Bizə məlumat veriləndə artıq evi də, yaxınlarını da yandırmışdı. Gəlinin qardaşı yaxınlıqda qalır. Uşaqlardan birini gəlinin qardaşı apara bilib və o xəsarət almayıb. Nə səbəblə yandırdığını bilmirəm. Amma gəlini ilə münasibətləri yaxşı deyildi”.

Məlumat üçün bildirək ki, hadisə nəticəsində Vəli Vəliyevin 1966-cı il təvəllüdlü həyat yoldaşı Nüşabə Yaqubova, 1988-ci il təvəllüdlü oğlu Əkbər Vəliyev, gəlini Nərgiz Hüseynova və 3 yaşlı nəvəsi Banu Əkbərova müxtəlif bədən xəsarətləri alıb. Yaralılar ilk olaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Yaralıların vəziyyəti ağır olduğundan onlar Bakı şəhərinə göndərilib. Hadisə yerindən qaçan Vəli Vəliyev isə keçirilən əməliyyat tədbirləri ilə saxlanılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər